Bakıda göydələndə yanğın
27 Mart 2013 11:57 KriminalBakıda hündürmərtəbəli binada yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə paytaxtın Nizami rayonunda baş verib. Rayon ərazisində inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 38 ədəd elektrik sayğacı yanıb. Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31