Evdən 700 min, ticarət mərkəzindən 7 min manatlıq oğurluq VIDEO
Oğrular külli miqdarda pul oğurlayıblar
27 Mart 2013 10:12 KriminalBöyük oğurluq Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi ünvanında bir evdə baş verib. Ev sahibi və uşaqları xəstəxanadan qayıdarkən evin yarıldığını görüb. Tək və ya bir neçə olduğu bilinməyə oğrular pəncərəyə nərdivanla qalxdıqda plastik pəncərənin şüşəsini qırmadan onu aça biliblər.Daha sonra evin qorunması olan dəmir dirəkləri sökərək otaqlara daxil olublar. Tək-tək bütün otaqlara girən oğrular əşyaları ortalığa tökərək istədiklərini tapa biliblər. Bir otaqdan qır-qızıl, o biri otaqdan isə külli miqdarda pul oğurlayıblar. Hadisə yerinə Suraxanı rayonu 31-ci polis bölməsinin əməkdaşları gəlib, araşdırmalar aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31