Bayramda dəhşət: 36 ölü, 128 yaralı
Azərbaycanda 6 qeyri iş günündə baş verən yol qəzalarında ölənlərin sayı açıqlandı
26 Mart 2013 12:59 KriminalAzərbaycanda 6 qeyri iş günündə baş verən yol qəzalarında 36 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, təkcə dünən respublika yollarında baş vermiş yol-nəqliyyat hadisələrində 7 nəfər ölüb, 14 nəfər yaralanıb.Ən ağır qəzalar Ağcabədi və Kürdəmir rayonlarında qeydə alınıb. İki hadisə nəticəsində ümumilikdə 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.Qeyd edək ki, ölümlə nəticələnən qəzalar daha çox Bakı-Qazax magistralının Hacıqabul-Kürdəmir-Ucar hissəsində və Bakı-Şamaxı-Yevlax yolunda qeydə alınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31