Tonqaldan tullanarkən yanan qızlardan biri öldü
25 Mart 2013 20:46 KriminalNovruz bayramında tonqalın üstündən tullanarkən yanan 3 qızdan biri vəfat edib."Qafqazinfo"nun məlumatına görə, bu gün Bakıdakı 5 saylı Yanıq xəstəxanasından bildirilib ki, 14 yaşlı Aysel Yarıyeva aldığı ağır yanıq bədən xəsarətlərindən dünyasını dəyişib. Hazırda 14 yaşlı qızın cəsədi Siyəzənə aparılır.Xatırladaq ki, martın 20-də tonqal üzərindən tullanan 3 qız ağır yanıq xəsarətləri almışdılar. Bu gün dünyasını dəyişən Aysellə yanaşı bacısı Leyla da tonqalda yanmışdı.Qeyd edək ki, Aysel Yarıyeva Siyəzən şəhər 1 nömrəli məktəbin 8-ci sinif şagirdi idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31