Bakı yaxınlığındakı qəbiristanlıqdan qadın başı tapıldı

Bakının Binəqədi rayonu ərazisində hissələrə bölünərək zibilliyə atılan qadının başı tapılıb. Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov Milli.Az-a açıqlamasında bildirdi ki, qadın başı bu gün Saray qəsəbəsində yerləşən qəbiristanlıqda aşkarlanıb. Təxnminən 25-35 yaşlarında olan qadın başının şəxsiyyəti məlum edilməyib. Hazırda baş ekspertizaya göndərilib. Ekspert rəyindən sonra həmin başın zibillikdən tapılmış bədən hissələrinə aid olub-olmaması müəyyən ediləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl təxminən 25-40 yaşlı qadın hissələrə doğranaraq zibbiliyə atılıb.
Qadının yalnız sol əli və bir ayağı tapılıb. Qadının şəxsiyyəti hələlik məlum deyil.
Hazırda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31