Ətin içindən tiryək çıxdı

Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə,  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami İbrahim oğlu Qəmbərova xalası oğlu Rəfail Əli oğlu Xəlilovun gətirdiyi sovqata baxış keçirilən zaman 10 kq-lıq plastmas qabda olan bişmiş ət tikələrinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş xüsusi çəkisi 14,855 qram olan narkotik vasitə - "Tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31