DİN Tovuzda valyutadəyişmə məntəqəsindəki qətllə bağlı məlumat yaydı

İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır

Daxili İşlər Nazirliyi Tovuzda valyutadəyişmə məntəqəsinin işçisinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istiandən verdiyi məlumata görə, martın 18-də Tovuz şəhərindəki "Nəsimi" ticarət mərkəzinin valyutadəyişmə məntəqəsində işləmiş Sahib Cəfərov idarə etdiyi "Kia" markalı avtomaşını dayanacaqda saxlayıb iş yerinə gedərkən maska taxmış naməlum şəxs odlu silahdan (ov tüfəngindən) atəş açaraq ona sağ bud nahiyəsindən xəsarət yetirib.

S.Cəfərov qanaxmadan hadisə yerində ölüb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31