Keşlə yükvurma stansiyasının ərazisində yanğın olub
19 Mart 2013 13:17 KriminalBakı şəhəri, Nərimanov rayonunda Keşlə yükvurma stansiyasının ərazisində yanğın hadisəsi qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı konteynerin içərisinə yığılmış istifadəyə yararsız 3 kub.m taxta materialları və konteynerin ətrafına dağılmış penoplast 10 kv.m sahədə yanıb. Yaxınlıqdakı digər konteynerlər yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31