Borc üstündə müştərisinin başını kəsən 14 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə digərini isə öldürməyə cəhddə təqsirləndirilərək həbs olunan Sabunçu rayon sakini Ramil Musayevin məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə R.Musayev 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Zabrat 1 qəsəbəsində yerləşən ərzaq mağazasının sahibi R.Musayevlə ötən ilin yanvarın 6-da müştərilər Rafael və Kamil Fərəcov qardaşları arasında mübahisə düşüb. Mağaza sahibi mübahisə zamanı bıçağı Rafael Fərəcovun boğazına soxub. Kamilə isə bir neçə bıçaq xəsarəti yetirib. Rafael Fərəcov aldığı xəsarətdən yerindəcə keçinib, yaralı isə xəstəxanaya yerləşdirilib.
Hadisə pul üstündə baş verib. Fərəcov qardaşlarının mağazaya xeyli miqdarda pul borcları olub. R.Musayev qardaşlardan pulunu tələb edəndə mübahisə düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31