Bərdədə məmur özünü güllələyib öldürdü

Daxili İşlər Nazirliyi Bərdədə məmurun özünü güllələməsi ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 16-da Bərdə rayonundakı Piyadalar kənd qəbiristanlığında baş verib. Kənd sakini Vəliş Məmmədov ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.

Məlumata görə, intihar etdiyi bildirilən V. Məmmədova Bərdə rayon Baş Baytarlıq İdarəsinin baş mühasibi olub. Hadisədən bir neçə gün qabaq idarəyə yoxlama gəlibmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31