Keçən il qonşusunu güllələyib qaçan şəxs ələ keçib

Abşeronda ötən il qonşusunu qaçan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, 2012-ci ilin sentyabr ayının 11-də Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vasif Musayev xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq, həmyerlisi Şahlar Mustafayevə ayaq nahiyəsindən xəsarət yetirib, hadisə yerindən qaçıb. Ş.Mustafayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir. V.Musayev RPŞ əməkdaşları tərəfindən tutulub və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngi ondan götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31