Bakıda əcnəbi ölümcül döyüldü
18 Mart 2013 13:31 KriminalBakının Nizami rayonu ərazisində əcnəbi vətəndaş ölümcül döyülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 17-də naməlum şəxs kirayədə yaşayan Əfqanıstan vətəndaşı Seyid Yusifini döyərək, oradan 1 ədəd noutbuk aparıb.
Nizami rayonu 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini İlkin Quliyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31