Amerikanın Pensilvaniya ştatında katolik kilsəsinin gənc idmançılarının olduğu avtobus qəzaya düşüb. Nəticədə, bir nəfər ölüb, 14 nəfər isə ağır yaralanıb. Verilən məlumatlara görə, nəqliyyat vasitəsi çox ciddi şəkildə zədələnmişdir. Sürücüdən başqa avtobusda Pitsburq katolik kilsəsinin lakross üzrə komandanın 20 üzvü və onların 3 məşqçisi varmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31