Gözəllik müsabiqəsinin qalibinin meyiti tapıldı
Buryatiya gözəli naməlum səbəbdən dünyasını dəyişib
18 Mart 2013 11:11 KriminalBuryatiyada gözəllik müsabiqəsinin qalibinin meyiti tapılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, fotomodel kimi məşhur olan Viktoriya Lıqdenovanın ölümünün səbəbi hələlik məlum deyil.
Onun öldüyünü ilk olaraq atası öyrənib. Belə ki, martın 15-də səhər saatlarında atası ona zəng vurub. Lakin Viktoriya Lıqdenovanın telefonu cavab verməyib. Atası evə gələndə qızının meyitini tapıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Cinayət işi açılıb.
Qeyd edək ki, Viktoriya Lıqdenova "Buryatiyanın gözəlliyi 2008" müsabiqəsinin qalibi olub. 2009-cu ildə isə həmin müsabiqədə ölkənin ən gözəl qızlarından biri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31