Daha bir bələdiyyə üzvü həbs edilib
5 İyun 2012 17:56 KriminalMasazır bələdiyyəsinin üzvü Niyaz Qubadov həbs olunub. "OLAYLAR"-a daxil olan məlumata görə, Niyaz Qubadovun evinə gələn Abşeron rayon Polis İdarəsinin əməkdaşları oğurluq faktıy ilə əlaqədar evdə axtarış aparılacağını bildiriblər. Niyaz Qubadov polislərdən axtarış ordenini göstərməsi isə mübahisəyə səbəb olub. Axtarış ordeni olmadığını söyləyən polis işçilərindən evi tərk etmələrini tələb edən Niyaz Qubadovu polisə müqavimət ittihamı ilə zorla maşina oturdaraq aparıblar. Qeyd edək ki, Niyaz İbadov VHP Abşeron rayon təşkilatının sədridir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31