Sumqayıtda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxıldı

Sumqayıtda iki yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 14-də baş verib. Sumqayıt şəhər sakini 2 yaşlı Humay Murtuzazadə ehtiyatsızlıqdan yaşadığı binanın 6-cı mərtəbəsindən yıxılıb. H.Murtuzazadə kəllə beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31