Bakıda 91 yaşlı qadın yanıb ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 14-də Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. Qəsəbə sakini, 91 yaşlı Sara Əliyevanın üstünə yaşadığı evdə qaynar su tökülüb. Nəticədə, S.Əliyeva aldığı yanıq xəsarətindən ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31