“Gündəlik Bakı” qəzetinin baş redaktoru bıçaqlanıb

Martın 14-də "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevə qarşı xuliqanlıq olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  hadisə Yasamal rayonu ərazisində baş verib.  "Mercedes" markalı avtomaşının sürücüsü, şəhər sakini Emil Zeynalov və onun sərnişini xuliqanlıq zəminində "Gündəlik Bakı" qəzetinin baş redaktoru şəhər sakini Habil Vəliyevə bıçağın dəstəyi ilə üz nahiyəsindən xəsarət yetiriblər. Eyni zamanda, Emil Zeynalov Yasamal RPİ 27-ci PB-yə müraciət edərək, Habil Vəliyevin onu tapança ilə hədələməsini və qardaşı Rafael Vəliyevin isə bıçaqla ona döş nahiyəsindən xəsarət yetirdiyini bildirib. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31