Zərdabda dəhşət, 1 yaşlı qız evdə diri-diri yanıb öldü

Zərdabda evdə dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 14-də saat 11.30 radələrində Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisində baş verib. Orada  olan fermanın həyətindəki qamışdan tikilmiş evdə yanğın baş verib. Nəticədə ev və oradakı əşyalar bütövlükdə yanıb və orada yaşayan rayon sakini Ramiz Novruzovun qızı 1 yaşlı Lalə yanaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31