Şəmkirdə “İkarus” “07” ni tapdaladı, iki nəfər öldü

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə Daxili  İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 14-də saat 20.30 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində baş verib. Rayon sakinləri Rəhim Səfərovun idarə etdiyi "İkarus" markalı avtobusla Ayxan Abbasovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın toqquşub. Nəticədə A.Abbasov hadisə yerində, xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini Samir Cəfərov isə orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31