Oğurlanmış telefon lazımsız cihaza çevriləcək

"Mobil cihazların qeydiyyata alınmasında məqsəd abunəçilərin öz mobil əmlaklarından rahatlıqla istifadə etməsini təmin etməkdir". Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. İ.Məmmədov deyib ki, keyfiyyət əmsalları aşağı olan mobil cihazların ölkəyə gətirilməsinin qarşısını almaqla ölkədə bu sahədə rəqabəti yüksəltmək olar: "Bu sistem itirilmiş mobil telefon sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan ölkə ərazisində istifadəni mümkünsüz edir. Beləliklə də oğurlanmış və ya itirilmiş cihaz lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi eyni zamanda ölkəyə qeyri-qanuni yollarla mobil cihazların gətirilməsini, onlardan istifadəni də mümkünsüz edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31