Hindistan vətəndaşını qətlə yetirməkdə təqsirli bilinən Pakistan vətəndaşı tutulub
Qatil cinayəti 300 manat pul üstündə törətdiyini etiraf edib
15 Mart 2013 11:55 KriminalBakının Xətai rayonu ərazisində əcnəbi tələbənin qətlindən xəbər var. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 9-da Nəcəfqulu Rəfiyev küçəsi, ev 17 ünvanında yaşayan 35 yaşlı Hindistan vətəndaşı Binnud Khumar Çadrinin qatili tutulub.
Qətlin Çadri ilə bir evdə yaşadığı Pakistan vətəndaşı Əli Abid Ahmed tərəfindən törədildiyi subuta yetirilib. O tutularaq istintaqa təhvil verilib.
O, ilkin ifadəsində qətli 300 manat pul üstündə törətdiyini etiraf edib.
Qeyd edək ki, Binnud Khumar Çadrinin meyiti yaşadığı evdə aşkarlanmışdı. Gənc qadınla münasibəti olduğundan qətlin ilk olaraq həmin qadın tərəfindən törədilməsi istisna edilmirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31