Daha bir NİDA-çı saxlanıldı
14 Mart 2013 17:42 KriminalN!DA Vətəndaş Hərəkatı idarə heyəti üzvü Rəşad Həsənov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilir. Bu barədə "Qafqazinfo"ya Nidanın media kordinatoru Elmin Bədəlov məlumat verib. O, bildirib ki, Rəşad mülki geyimlilər tərəfindən saxlanılıb. Rəşad Həsənovun vəkili Xalid Bağırovdur. Hazırda vəkili gözləyirik".
***
Hələ ki, Rəşad Həsənovun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid kimi, yoxsa ittiham olunan şəxs kimi dindirilməsi barədə dəqiq məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31