Bakıda valyutadəyişmə məntəqəsində qan töküldü
Hadisəni törədən şəxs axtarılır
14 Mart 2013 16:31 KriminalBakının Nəsimi rayonu ərazisindəki valyutadəyişmə məntəqəsində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Cavadxan küçəsində naməlum şəxs valyutadəyişmə məntəqəsinə gəlib. Orada işləyən 57 yaşlı Valeh İsmayılova çoxsaylı bıçaq zərbələri endirib.
Valeh İsmayılova ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti olduqca ağırdır. Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, onun görünüşü təhlükəsizlik kameralarına düşüb. Polis həmin çəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31