50,14 qram həşiş qətranı aşkar olunub
14 Mart 2013 16:22 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rasim Alquliyevin idarə etdiyi "Qaz-2747" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin alt tərəfinə baxış keçirilmiş və aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 50,14 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31