Yük maşınlarını qarət edən mütəşəkkil dəstə yaxalanıb
14 Mart 2013 12:50 KriminalBakıda yük maşınlarını qarət edən mütəşəkkil dəstə yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yük maşınlarından oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakinləri - Anar İsmayılov və əvvəllər məhkum olunmuş Eldəniz Hacıyev martın 13-də yaxalanıb. Müəyyən edilib ki, onlar martın 11-nə keçən gecə Badamdar qəsəbəsində yaşayan Mənsur Məmmədova məxsus "KamAZ", martın 5-dən 11-dək olan müddətdə həmin qəsəbədə Əmir Zülfüqarova məxsus "Maz" və Mərdan Əhmədova məxsus "Kamaz" markalı yük avtomobillərin hər birindən 2 ədəd akkumlyator oğurlayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31