Qısqanc kişi keçmiş arvadının qanını tökdü
Əvvəlcə arvadını döyən kişi sonradan onu bıçaqlayıb
14 Mart 2013 11:17 KriminalCəlilabad rayonunda iki il əvvəl böşanmıış qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Səttarxan küçəsində qeydə alınıb. Belə ki, Cəlilabad rayon Ləkin kənd sakini 24 yaşlı Rahim Vəzir oğlu Nəsirov Bakıda işlədiyi daş karxanasından Cəlilabad rayonuna gələrək keçmiş həyat yoldaşı 30 yaşlı Aynurə Abas qızı Abasovanın evinə girərək ilk əvvəl onu döyüb. Daha sonra isə bıçaqla qadının bədəninə ağır zərbə endirib. Cəlilabad rayon müalicə və diaqnostika mərkəzinə çatdırılan Aynurə Abasova dərhal əməliyyat olunub. Zərərəçəkmişin yaxınlarının sözlərinə görə, içki düşkünü olan Rahim Aynurə ilə nikahda olduğu müddətdə də ona mütəmadi işgəncələr verib. Hadisənin baş vermə səbəblərinə gəldikdə isə Rahim Aynurədən rəsmi qaydada böşansa da o, keçmiş həyət yoldaşının çalışdığı çörək sexindən hər vəchlə çıxmağı tələb edirmiş. Lakin 4 övlad anası olan Aynurənin ailəni dolandırmaq üçün başqa yolunun olmadığını bildirib. Qeyd edək ki, polis tərəfindən saxlanılan Rahim Vəzirov indiyə kimi bir neçə dəfə məhkumlüq həyatı yaşayıb. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.