Bakının girişində 35 yaşlı kişi ölümünə bıçaqlandı

İyunun 5-də Bakının girişində bir nəfər şəxs naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi rayonundakı 20 Yanvar dairəsinin yaxınlığından bıçaqlanmış 30-35 yaşlı kişi aşkar edilib. Yaralı  bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və əməliyyat olunub. Yaralının vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmayıb və hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.  Əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31