İmişlidə qadın alverilə məşğul olan mütəşəkkil dəstə həbs edildi

İmişlidə insan alveri ilə məşğul olan mütəşəkkil dəstə ələ keçib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirıliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Qulubəyli kəndi ərazisindəki kafedə əxlaqsızlıq yuvası aşkar edilib. Oranın icarədarı rayon sakini Sədi Muradov və rayonun Sarxanlı kəndi ərazisindəki "Vüqar" restoranında, orada işləyən Füzuli rayon sakini Sevindik İsgəndərov əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31