Naxçıvanda daha bir qəza - 1 hərbçi öldü
13 Mart 2013 15:53 KriminalAzərbaycanda hərbi maşın qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə bu gün 12.30 radələrində Naxçıvan Muxtar Respublikasında qeyd alınıb. Culfa-Ordubad yolunda hərəkətdə olan, "N" saylı hərbi hissəyə məxsus yük maşınının aşması nəticəsində maşınının komandiri, 1986-cı il təvəllüdlü gizir Roman İslam oğlu Məmmədov hadisə yerində ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya məlumatı təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31