Yevlax sakini 16300 manatı polisə verdi
Ağamirzə Abışova 50 manatlıq saxta əskinaslar satış məqsədilə verilibmiş
13 Mart 2013 15:14 KriminalSatış məqsədilə saxta əskinaslar vermiş Yevlax rayon sakini tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 10-da Göyçay rayon sakini Ağamirzə Abışov 16300 manat saxta 50 manatlıq əskinasları könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.
A.Abışova saxta əskinasları satış məqsədilə vermiş Yevlax rayon sakini Mirdamət Zeynalov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31