İki ay ərzində yol qəzalarında 160 nəfər dünyasını dəyişib

İki ay ərzində ölkə ərazisində yol qəzalarında 160 nəfər dünyasını dəyişib. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, respublika ərazisində yanvar-fevral aylarında 450 yol qəzası baş verib, nəticə 160 nəfər ölüb, 485 nəfər yaralanıb.
Yol qəzalarında ölənlərin 12-si, yaralıların 35-i isə uşaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31