“Kosmos” da əxlaqsızlıq yuvası imiş
13 Mart 2013 13:34 KriminalSumqayıt şəhər sakini Nisə Quliyeva əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qurumun İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Səlim-oba kəndi ərazisindəki "Kosmos" istirahət mərkəzində, Sumqayıt şəhər sakini Nisə Quliyeva əxlaqsızlıq yuvası təşkil etdiyinə və gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə yaxalanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31