Arzu Kazımovun oğlu işdən çıxarıldı
Zaur Kazımov bu barədə danışmaqdan imtina edib
13 Mart 2013 13:23 KriminalFəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov polis orqanlarındakı vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə moderator.az saytı xəbər yayıb. Daxili işlər orqanlarındakı mənbənin verdiyi məlumata görə, Zaur Kazımov paytaxt rayonlarının birində bölmə rəisinin müavini vəzifəsində çalışıb.
Zaur Kazımov bu barədə danışmaqdan imtina edib və telefonu qapadıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31