Bakıda ana və oğlunun meyiti tapılıb

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirallahı qəsəbəsi ev 15, mənzil 60-da qeydə alınıb. Həmin ünvanda yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və oğlu, 1968-ci il təvəllüdlü Yurinin meyiti tapılıb.Ölümün səbəbləri hələlik məlum deyil.İlkin məlumata görə, hər iki şəxs uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkirmiş.Meyitlər ekspertizaya göndərilib.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31