Bakıda dəhşətli yol qəzası

“Kamaz” Mercedes”i tapdaladı, 28 yaşlı gənc həlak oldu

"Bakıda ölümlə nəticələnən  ağır yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Qaradağ rayonu ərazisində Bakı-Qazax yolunun 65-ci kilometrliyində baş verib . Mercedes" markalı minik avtomobili "KamAz" markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə V. Əsgərovun cəsədini avtomobildən çıxarıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31