Kafe və restoranı əxlaqsızlıq yuvasına çevirən şəxslər ifşa olunub
5 İyun 2012 14:51 KriminalDaxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən şəxsləri yaxalayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Qulubəyli kəndi ərazisindəki kafedə, oranın icarədarı, rayon sakini Sədi Muradov və rayonun Sarxanlı kəndi ərazisindəki "Vüqar" restoranında, orada işləyən Füzuli rayon sakini Sevindik İsgəndərov əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31