Sabunçu rayonu Maştağa qəsəbəsində 6 yaşlı qız ehtiyyatsızlığın qurbanı olub. ANS PRESS-in məlumatına görə, 2007-ci il təvəllüdlü Firuzə Ağasıyevanın üstünə qaynar su tökülüb. Nəticədə qız ağır dərəcəli yanıq xəsarətləri alıb. Onu dərhal xəstəxanaya yerləşdiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31