Rusiyada azərbaycanlı gənc yaşlı qadını qarajda zorladı

Həmin şəxsin qadına bıçaqla hədə-qorxu gəldiyi bildirilir

Rusiyanın Tula vilayətinin Zareçensk rayonunda 23 yaşlı azərbaycanlı həbs olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə həmin şəxs qarajda 52 yaşlı qadını zorlamaqda təqsirkar bilinir. Bu barədə Tula Polis İdarəsindən məlumat verilib.  "Tulskaya Pressa"nın yazdığına görə, martın 10-u axşam saatlarında Qaqarin küçəsində 23 yaşlı şəxs 52 yaşlı qadını bıçaqla hədələyərək zorlayıb. Hazırda əlavə dəlillər tapılması istiqamətində təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31