Qazaxda dəhşətli yanğın, gözətçi otağında diri-diri yandı
11 Mart 2013 16:12 KriminalQazaxda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 9-da saat 22.50 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində baş verib. Rayon sakini Natiq Mahmudova məxsus yardımçı otaqda qəfil yanğın baş verib. Nəticədə oranın yanar konstruksiyaları yanıb, yanğın söndürüldükdən sonra orada gözətçi işləmiş Ağstafa rayon sakini Eyvaz Heydərovun yanmış meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31