İmişlidə kafedə yanğın, iki işçi yandı

İmişlidə yeməkxana binasında baş verən yanğın hadisəsində iki nəfər yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 10-da saat 16.00 radələrində İmişli rayonunun Bəcirəvan kəndi ərazisində baş verib. Kənd sakini İsmi Atakişiyevə məxsus yeməkxanada yanğın baş verib. Nəticədə yeməkxananın yanar konstruksiyaları və əşyalar yanıb, yanıq xəsarəti almış orada işləyən Gündüz Hüseynov və Turqut Zeynalova xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31