Azərbaycanda daha bir silahlı mütəşəkkil dəstə zərərsizləşdirildi
11 Mart 2013 16:02 Kriminal. Azərbaycanda mütəşəkkil silahlı dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Xəlil Xəlilova qarşı xuliqanlıq etmiş Polad Sultanov, Murad Əzizov, Emil Dibirov habelə onlarla birgə olan Fərid Alqayev və İsrafil Sayılov tutulub. M.Əzizovdan 1 ədəd "AKSU" markalı avtomat, 13 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31