Azərbaycanda ata və oğlu əkin sahəsində bıçaqlandı

Azərbaycanda ata və oğlu əkin sahəsində bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə martın 9-da saat 14.30 radələrində Saatlı rayonunun Dəllər kəndinin əkin sahəsində baş verib. Kənd sakini Aqşin Rzayev münaqişə zəminində həmkəndliləri Aydın Əvəzova və onun oğlu İldırıma bıçaqla xəsarət yetirib. A.Rzayev RPŞ əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31