DİN Bakıda baş verən dəhşətli yol qəzası barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi martın 10-da Bakıda baş verən dəhşətli qəza ilə bağləı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, hadisə saat 23.55 radələrində Bakının Nizami rayonu ərazisində baş verib. Heydər Quliyev "Toyoto-Camry" markalı avtomaşını idarə edərkən, onu yeraltı keçidin tikilməsi üçün qazılmüş xəndəyə aşırıb.  Nəticədə, avtomaşında yanğın baş verib, sürücü və sərnişini Tural Abdullayev hadisə yerində ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31