Bakıda maskalı kişilər qadınlar olan evə basqın etdilər
11 Mart 2013 12:31 KriminalBakının Suraxanı rayonu ərazisində qadınlar olan mənzilə basqın olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, basqın Hövsan qəsəbəsi, bağlar massivində, 56 yaşlı Zülfiyyə Əsgərovanın evinə olub.
Maskalılar ev sahibi və onun qohumları olan Humay Əsədova və Pərvanə Ağayevanın əl-qolunu bağlayaraq mənzilin ortasına uzadıblar. Sonra onlar Zülfiyyənin 900 manatını və qızıl-zinət əşyalarını götürərək qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq etmə maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31