Bakıda 12 yaşlı qız hamamda boğulub öldü
11 Mart 2013 12:24 KriminalSuraxanı rayonunda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb. Suraxanı Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, martın 10-u saat 15:00 radələrində 2001-ci il təvəllüdlü Ağadadaşlı Səfurə İskəndər qızının Yeni Suraxanı qəsəbəsi Tağıyev küçəsi 21 ünvanında yaşadığı evin hamam otağında meyiti tapılıb.
12 yaşlı qızın dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31