Bakıda dəhşət, “Toyota” qazılmış əraziyə düşdü, iki nəfər yanıb öldü
11 Mart 2013 11:46 KriminalBakıda iki nəfərin yanıb ölməsilə nəticələnən dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda "Toyota" markalı minik avtomobili yol kənarında təmir-tikinti işləri aparılan hissəsində qazılmış dərəyə düşüb. Nəticədə, avtomobildə yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində yanğınsöndürənlər baş vermiş yanğının söndürülməsini başa çatdırdıqdan sonra, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan sürücünün və 1 nəfər sərnişinin meyitlərini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:02-də başa çatıb.