Ev sahibi yanğından xilas edilib

Sabirabad rayonu, Ulacalı kəndində  vətəndaşa məxsus mənzildə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "Olaylar" a verilən məlumata görə, yanğın zamanı  ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaq və 2 aynabənddən ibarət evin tüstü bacasının ətrafı 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər ev sakini yanğınsöndürənlər tərəfindən xilas edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31