“OLAYLAR” Yavər Camalovun vəkili tərəfindən təhdid olundu

Rəfiq adlı şəxs redaksiyanı hədələdi

"OLAYLAR" İnformasiya Agentliyinin bu gün yaydığı "Yavər Camalovun oğlu professoru döydü" sərlövhəli xəbəri qarşı tərəfin kəskin hiddətinə səbəb olub. Bu gün axşam saatlarında dəfələrlə redaksiyaya zəng edən və baş redaktoru xəbər alan şəxslər (biri özünü Yavər Camalovun vəkili kimi və Rəfiq adı ilə təqdim edib) redaksiyanın əməkdaşlarını hədələyiblər və "tez olun o xəbəri saytdan çıxarın" deyə təhdidedici ifadələr işlədiblər. Həmin şəxslərin son cümlələri bu olub: "Yoxsa sizin üçün pis olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31