Azərbaycana narkotika daşıyan dəstənin cəzası dəyişmədi

Şirvan Apelyasiya Məhkəməsində Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başa çatıb."OLAYLAR"ın məlumatına görə, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dəstə üzvləri Paşa Camalov 13 il, Sərdar İsmayılov 13 il, Emin Bağırov 10 il, Eldəniz Qafarov 12 il, Səxavət Ağayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
Mütəşəkkil cinayətkar dəstə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə təqsirli biliniblər.
Təqsirləndirilən şəxslər İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyərkən sərhəddə saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31